Ana səhifə » Elektronika dərsləri » AC və DC nədir?

AC və DC nədir?

AC və Dc haqqında

AC və DC nədir?

Dinamik elektrikin növlərindən biri DC, digəri AC -dir. İngilis dilində Direct Current sözlərinin qısaldılışı DC olaraq yazılır. DC sabit cərəyandır. İngilis dilində Alternating Current sözlərinin qısaldılışı AC olaraq yazılır. AC dəyişən cərəyandır.

Sabit cərəyan (DC) elektrik yükünün yalnız bir istiqamətə axmasıdır. Dəyişən cərəyan (AC) periodik olaraq istiqamətini dəyişən elektrik yükünün axınıdır.

Heç bir şey başa düşmədinizsə, narahat olmayın 🙂 Ən başdan başlayaq: atomların quruluşundan.

Tövsiyə olunan dərslər:
Elektrik dövrələri‘ haqqında oxumadan əvvəl araşdırmaq istəyəcəyiniz bəzi mövzular:

Bütün maddələr atomlardan təşkil olunub. Atom iki hissədən ibarətdir:

  • mərkəzdə nüvə
  • nüvənin ətrafında enerji səviyyələri
Atomlar haqqinda
Atomların quruluşu

Nüvədə proton və neytron, enerji səviyyyələrində elektronlar yerləşir. Enerji səviyyələrində elektronların düzülüşü hər maddədə fərqlidir. Çünki hər maddədə elektronların sayı fərqlidir. Bu düzülüşdən asılı olaraq atom keçirici və ya dielektrik olur.

Son orbitində 1,2,3 elektron olan atomlardan təşkil olunan maddə yaxşı keçiricidir. Son orbitində 6,7,8 elektron olan atomlardan təşkil olunan maddə yaxşı dielektrikdir.

Texnologiyada çox istifadə olunan misin atom quruluşuna baxaq.

Misin atom quruluşu
Misin atom quruluşu

Mis atomunun sonuncu orbitində bir elektronu var. Bu o deməkdir ki, mis atomunun bu elektronu rahatlıqla sərbəst ola bilir. Bu da onu yaxşı keçirici edir.

Bilirsiniz ki, mis materialı çoxlu mis atomlarından ibarətdir. Bu atomların sonuncu orbitindəki elektronlar sərbəst hərəkət edə bilirlər. Bu sərbəst elektronlar təsadüfi hərəkət edərkən cərəyan yaranmır.

Maddəki elektronların sərbəst hərəkəti

Cərəyanın yaranması üçün bu materialdakı elektronlar eyni istiqamətə hərəkət etməlidir. Bu da potensiallar fərqi olduqda baş tutur. Potensiallar fərqi bir növ damino effekti yaradır. Nəticədə elektronlar bir istiqamətə doğru hərəkət edirlər və cərəyan yaranır.

Maddədəki elektronlar bir yönə doğru hərəkət edərək elektrik cərəyan yaradırlar

Bura qədər atom, keçirici, dielektrik və cərəyanın nə olduğunu öyrəndiniz. İndi qayıdaq AC və DC – nin nə olduğuna.

Batareya, lampa və keçiricidən ibarət bəsit bir dövrəyə baxaq.

Batareyanın müsbət və mənfi qütbü var. Elektronlar batareyanın mənfi qütbündən müsbət qütbünə doğru hərəkət edirlər. Lampadan keçərkən də lampanı `yandırırlar`.

DC elektrik dövrəsi

İndi batareyanı tərs çevirək. Elektronlar bu dəfə sağdan sola doğru hərəkət edəcəklər.

Hər iki dövrədə elektrik yükləri bir istiqamətə doğru axırlar. Elektrik yükünün yalnız bir istiqamətə doğru axması sabit cərəyan və ya DC adlanır.

İndi xəyalən bu iki dövrəni birləşdirin. Fərz edin ki, batareyanın qütbləri saniyədə 50-60 dəfə yer dəyişir.

AC elektrik dövrəsi

Nə baş verəcək? Elektrik yükləri tez – tez istiqamətini dəyişmiş olacaq. Nəticədə cərəyanın axını DC dövrəsindən fərqli olaraq saniyədə 50-60 dəfə yer dəyişəcək. Periodik olaraq istiqamətini bu cür dəyişən cərəyana dəyişən cərəyan və ya AC deyilir.

Gərginlik də zamana görə dəyişkən ola bilir. Əgər gərginlik mənbəyinin yaratdığı gərginlik zamana görə dəyişkəndirsə, buna dəyişən gərginlik mənbəyi deyilir. Başqa sözlə, AC voltaj adlanır. AC gərginlik mənbəsi olan dövrədə gərginliyin zamandan asılılığında müxtəlif dalğa formalarını görə bilərik. Ancaq ümumi AC tipi sinus dalğasıdır.

AC gərginlik mənbəyinin zamandan asılılıq qrafiki

Qrafikdən görünür ki, gərginlik hər dəfə 0 nöqtəsindən keçir. Bəs necə olur ki, məsələn, AC ilə yanan lampanın yanıb söndüyünü görmürük?  Görməməyiniz normaldır. Çünki bu saniyədə 50 (40,60…)  dəfə baş verir.

Evlərimizdə, iş yerimizdə istifadə etdiyimiz elektrik AC– dir. Ölkəmizdəki şəbəkədə AC voltajı 50Hz – dir. Bu o deməkdir ki, elektrik yükünün axını saniyədə 50 dəfə yer dəyişdirir.

AC-nin yaradılması və uzun məsafələrə nəqli nisbətən asandır. Yüksək gərginliklərdə (110kV-dən çox) elektrik enerjisi ötürülməsində daha az enerji itirilir.

Əgər evlərimizə gələn elektrik DC ilə paylansaydı aşağıdakı şəkildəki kimi bolca kabelli şəhərlərdə yaşayardıq. AC – ni isə nazik kabellərlə belə daşıya bilirsiniz.

DC ilə paylanan elektrik kabelləri

Əgər gərginlik mənbəyinin yaratdığı gərginlik zamana görə dəyişmirsə, buna sabit gərginlik mənbəyi deyilir. Başqa sözlə, DC voltaj adlanır. DC gərginlik mənbəyinin zamandan asılılıq qrafiki aşağıdakı kimidir:

DC gərginlik mənbəyinin zamandan asılılıq qrafiki

Batareyalar, akkumulyator, adoptor, günəş panelləri və s. DC gərginlik mənbələridir. Eləcə də, bir çox elektrik cihazlarının çıxışı DC voltajlıdır.

Məsələn, ölkəmizdə istifadə etdiyimiz elektrik  220V AC voltajdır. Ama bir çox elektrik cihazı bu gərginlikdən aşağı gərginliklərdə işləyir. Buna görə də komputerlər, mobil telefonlar və digər elektrik cihazlarında elektrik yuvalarından aldığımız 220V gərginliyi DC gərginliyinə çevirərək istifadə edirik. Buna regüle (tənzimləmə) prosesi deyilir.

AC cərəyanı yaradan generatorlar alternatorlar adlanır. Alternatorlar dəyişən cərəyan yaradan elektrik generatorlarının xüsusi növüdür.

DC  və AC gərginlik mənbələri elektrik dövrələrində aşağıdakı şəkildə göstərilir:

Sıfırdan elektronika dərsləri

Növbəti Dərs: Əsas anlayışlar

`AC və DC nədir?` mövzusunu yararlı hesab edirsinizsə, sosial şəbəkələrdə paylaşmağı unutmayın.

Ülviyya Atakishiyeva
0 0 səs verin
Qiymətləndir
Subscribe
Notify of
guest
0 Şərh
Inline Feedbacks
Bütün şərhləri göstər
error: Məzmun qorunur !!
0
Şərhiniz önəmlidir!x
()
x