Ana səhifə » Elektronika dərsləri » Atomlar. Atomların quruluşu

Atomlar. Atomların quruluşu

Elektronikada ən vacib terminlərdən biri elektrik cərəyanıdır. Atomların quruluşunu bilmədən elektrik cərəyanının nə olduğunu anlamaq çətindir. Buna görə də „Sıfırdan Elektronika Dərsləri” atomlar, ionlar və elektrik yükü mövzusu ilə başlayır.

Elektrik necə yaranır? Maddələr nə üçün elektrik keçirdir? Bu sualların cavabı üçün atomlar və onların quruluşu mövzusunu bilməlisiniz.

“Atomlar. Atomların quruluşu” dərsinə daxildir:

1.Atomların quruluşu. 2. Mənfi və müsbət ionlar. 3. Elektrik yükü 4. Gümüş atomu və ionu

Ətrafımızdakı hər şey, eləcə də biz atomlardan təşkil olunmuşuq. Atomlar adi gözlə görünməyəcək dərəcədə kiçik və hərəkətlidirlər. Asetonu açdığımızda iyin otağa yayılması və duzun suda həll olması atomların hərəkətli olduğunu göstərir.

Atomlar özləri də kiçik hissəciklərdən ibarətdir. Bildiyiniz kimi saça sürtülmüş plastik daraq kağız parçalarını özünə çəkə bilir. Eləcə də adi halda keçirici olmayan duz suda həll olduqdan sonra elektrik keçirir. Bu iki nümunə atomun daha kiçik hissəciklərdən ibarət olduğunu və bu hissəciklərin bir – birilə qarşılıqlı əlaqəsini göstərir.

Atomun quruluşu

Atomlar iki hissədən ibarətdir:

  1. Atomun nüvəsi
  2. Enerji səviyyələri
Atomlar haqqinda
Atomun quruluşu

Atomun nüvəsində proton və neytronlar, enerji səviyyələrində isə elektronlar yerləşir.

  • protonlar müsbət yüklü ( + ),
  • neytronlar yüksüz ( 0 ),
  • Elektronlar mənfi yüklüdür ( – )

Atom elektroneytral hissəcikdir. Yəni, nüvədəki müsbət yüklü protonlarla enerji səviyyələrindəki elektronların sayı neytral atomlarda  eynidir ( e =p ).

Elementlərin neçə proton və elektronu olduğunu Mendeleyev cədvəlində görə bilirik. Belə ki, elementin sıra nömrəsi atomun neytral haldakı proton və elektronlarının sayını göstərir.

Misal üçün, texnikada ən çox istifadə olunan mis elementi Mendeleyev cədvəlində 29 – cu yerdə yerləşir.

Cu29– 29 proton, 29 elektron

Bu o deməkdir ki, neytral halda mis atomunun 29 protonu 29 elektronu var.

Müsbət və mənfi ionlar. Elektrik yükü

Qeyd etdik ki, neytral atomda proton və elektronların sayı eynidir.

  • Elektronunu itirən atomlar müsbət ion adlanır. 

Xarici təsirlər – işıq, sürtünmə, istilik, kimyəvi reksiyalarla maddədəki bir və ya daha çox elektron səthi tərk edir. Bu halda deyirik ki, elektronunu itirən atom müsbət yüklənib. Çünki elektron itirdiyi üçün atomun protonlarının sayı elektronların sayından çox olur. Həmin atom müsbət ion adlanır.

  • Əlavə elektron alan atomlar mənfi ion adlanır.

Əgər sərbəst elektron neytral atomla birləşirsə, həmin atom neqativ yüklənir. Bu atom mənfi ion adlandırılır. Çünki atomun elektronlarının sayı protonların sayından çox olur

Maddədəki atomlar ion vəziyyətinə keçdikləri zaman ( elektron itirdikdə və ya qazandıqda ) elektrik yükü depolamış olurlar.

Elektrik hadisələrini təsvir etmək üçün vacib anlayışlardan olan elektrik yükü atomun ionlaşması ilə yaranır və bipolyardır, yəni müsbət və mənfi ola bilir.

Elektrik yükü dedikdə, həm sərbəst elektronlar, həm də müsbət və mənfi ionlar nəzərdə tutulur.

Atom, ion, eləcə də elektrik yükü anlayışlarını tam olaraq anlamağınız üçün gümüş atomu nümunəsini nəzərdən keçirək.

Gümüş atomu. Müsbət və mənfi gümüş ionu

Şəkildəki elektroneytral olan gümüş atomunun 47 protonu47 elektronu var.

Gümüş atomu
  • Elektroneytral, yəni həyəcanlanmamış halda gümüş atomunun son orbitində bir elektron yerləşir. Elektroneytral olan gümüş atomu yüksüzdür. Ona görə də gümüş atomlarından ibarət olan gümüş elementi və ya maddəsi də yüksüzdür. Elektroneytral gümüş atomu Ag şəklində göstərilir.
  • Fərz edək ki, gümüş maddəsinə elektrik cərəyanı veririk. Maddədəki gümüş atomları özlərinə yeni bir elektron birləşdirirlər. Bu zaman gümüş atomları mənfi iona çevriləcəklər. Bu Ag şəklində göstərilir. Gümüş atomunun bu halda 47 protonu48 elektronu olacaq. Yəni gümüş atomu elektroneytral olmaqdan çıxır və mənfi yüklü hissəciyə – iona çevrilir. Başqa sözlə, gümüş atomu mənfi elektrik yükünə sahib olur.
  • İkinci nümunədə, gümüş atomu bir elektron qazanmır, əksinə son orbitdəki bir elektronunu itirir. Bu zaman atom müsbət iona çevriləcək  və bu isə Agşəklində göstərilir. Bu halda gümüş atomunda 47 proton, 46 elektron var. Yəni protonların sayı elektronların sayından çoxdur və gümüş atomu müsbət yüklü hissəciyə çevrilir. Başqa sözlə, gümüş atomu müsbət elektrik yükünə sahibdir.

Deməli,elektronların atomu tərk etməsi və ya başqa bir atoma birləşməsi atomu və ya maddəni yüklü atoma (iona) və ya maddəyə çevirir.

Dedik ki,nüvədəki müsbət yüklü protonlarla enerji səviyyələrindəki elektronların sayı neytral atomlarda  eynidir ( e =p ). Əgər bir maddənin atomunda nüvədəki protonların sayı nüvənin ətrafındakı elektronların sayından fərqlidirsə, elektrik yükü yaranır.

Elektrik yükü q hərfi ilə işarə olunur, vahidi Coulombdur ( Kulon )C ( Kl ) kimi göstərilir. 1 Coulomb ( və ya Kulon ) təxminən 624×1016 ədət elektrik yükünə bərabərdir.

Atomun kütləsi və həcmi

Atomun kütləsinin böyük hissəsini nüvə – proton və neytronlar təşkil edir. Nüvənin həcmi isə atomun ümumi həcminə görə kiçik yer tutur.

Müqayisə üçün böyük pilates topunun atom olduğunu düşünək. Onda atomun nüvəsi düyü dənəsi boyda olar. Bu da onu göstərir ki, elektronların yerləşdiyi enerji səviyyələri arasında böyük boşluq var.

Aşağıdakı faylda dərsə aid suallar və cavabları var. Suallara cavab verməklə dərsi nə dərəcədə anladığınızı test edə bilərsiniz.

Sıfırdan Elektronika Dərsləri

Növbəti Dərs: Əsas anlayışlar

3 2 səslər
Qiymətləndir
Subscribe
Notify of
guest
0 Şərh
Inline Feedbacks
Bütün şərhləri göstər
error: Məzmun qorunur !!
0
Şərhiniz önəmlidir!x
()
x