Ana səhifə » Elektronika dərsləri » Elektrik cərəyanının gücü

Elektrik cərəyanının gücü

Elektrik cərəyanının gücü nədir? Gərginlik və cərəyanla elektrik cərəyanının gücünü necə ifadə edərik? Evimizdə istifadə etdiyimiz cihazların nə qədər enerji sərf etdiyi necə hesablanır?

Bu sualların cavabı sizin üçün maraqlıdırsa oxumağa davam edin.

Tövsiyə olunan dərslər:
Coul-Lens qanunu‘ haqqında oxumadan əvvəl araşdırmaq istəyəcəyiniz bəzi mövzular:

Elektrik enerjisini başa düşdükdən sonra elektrik cərəyanının gücünü anlamaq asandır.

Vahid zamanda xərclənən enerji miqdarına güc deyilir. Başqa sözlə, elektrik gücü xərclənən elektrik enerjisinin zamana olan nisbətidir.

Gücün görülən işlə əlaqə düsturunu bildiyinizdə onun mənasını daha yaxşı qavrayacaqsınız. Ama əvvəlcə gücün işarəsi, vahidi haqqında danışaq. Daha sonra iki nümunəyə baxıb elektrik gücünü riyazi olaraq ifadə edək.

Elektrik cərəyanının gücü P hərfi ilə işarə olunur. Vahidi Vattdır. Qısaca Vt  şəklində yazılır. Cihazların üzərində Watt – qısa şəkildə W olaraq qarşınıza çıxa bilər.

Vatt enerji çevrilmə sürətini təyin edən BS güc vahididir. Saniyədə bir coula bərabərdir.

Yəqin ki, evinizdəki bir çox elektrik cihazının  üzərində nə qədər güclə işlədiyini yazan yazı görmüsünüz. Məsələn, 1500W, 2000W, 115W və s.

Deyək ki, evinizdə 2000W – la işləyən tozsoran var. Bu nə anlama gəlir? O deməkdir ki, bu tozsoranı 1 saat fasiləsiz istifadə etdiyinizdə 2000C enerji xərcləyir. Bu tozsoranın elektrik gücü 2000W – dır

Elektrik cihazlarının xərclədiyi elektrik enerjisinin miqdarı fərqlidir. Cihazın xərclədiyi elektrik enerjisinin miqdarını göstərən iki dəyişkən var:

  1. Cihazın xərclədiyi elektrik enerjisinin miqdarı sərf olunan zamanla əlaqəlidir.

100 Vt – lıq bir lampa 1 san işıq verdiyində 100C enerji xərcləyər.

Eyni lampa 2 san işıq verdiyində 200 C enerji xərcləyər.

Yəni elektrikli cihazın istifadə edildiyi zaman artdıqca xərclədiyi elektrik enerjisinin də miqdarı artır.

  • Elektrik cihazının xərclədiyi elektrik enerjisinin miqdarı sahib olduğu elektrik gücü ilə əlaqədardır.

Elektrik cərəyanının gücü 1500 Vt olan saç feni 1 san işləsə 1500 C enerji xərcləyər.

      1000 Vt – lıq bir saç feni isə 1 saniyədə 1000 C enerji xərcləyər.

      Yəni elektrik cərəyanının gücü artdıqca xərclənən enerji miqadarı da artar.

Deyək ki, cihazın elektrik cərəyanının gücü və istifadə edildiyi vaxt bilinir. Onda cihazın xərclədiyi enerjini aşağıdakı düsturla hesablamaq olar:

W  = Pt   

Bu düsturdan elektrik gücünü tapsaq,

P = W / t

Burada W – xərclənən və ya işlədicinin cərəyan mənbəyindən aldığı elektrik enerjisinin miqdarı,

P – elektrik cərəyanının gücü,

t – sərf olunan zamandır.

Ətrafımızdakı cihazlar və maşınlar elektrik enerjisi ilə işləyir və bir iş görürlər. Bu görülən iş xərclənən enerji miqdarı ilə düz mütənasibdir (A~W). Elektrik gücü cərəyanın gördüyü işin bu işi görməyə sərf olunan zamana nisbətinə bərabərdir:

P = A / t

Onda elektrik gücünün vahidini aşağıdakı kimi yaza bilərik:

Vt = C / san

Əgər cərəyanın gördüyü işi  A = qU = IUt düsturu ilə əvəzləsək,

P = IU

düsturunu alarıq. Düsturdan göründüyü kimi elektrik cərəyanının gücü cərəyan şiddəti və gərginliyin hasilinə bərabərdir.

Om qanunundan ( I = U / R ) istifadə edərək gücün düsturunu müqavimətlə aşağıdakı kimi ifadə edə bilərik:

P = I2R
P= U2 / R

Elektrik alətlərinin xərclədikləri enerji və elektrik gücü

Günlük həyatda istifadə etdiyimiz elektrikli ev cihazlarının üzərində bir saatda xərclədikləri güc dəyərləri yazılır.

Məsələn, ütülərin bəzilərində 2400 W yazılır. Bunun mənası odur ki, həmin cihaz 1 saat işlədiyində 2400 C enerji istifadə edir.

Günlük həyatda istifadə etdiyimiz elektrikli ev cihazlarının üzərində bir saatda xərclədikləri güc dəyərləri yazılır.Məsələn bu ütünün elektrik cərəyanının gücü 2400Vt-dır.
Bu ütünün elektrik cərəyanının gücü 2400Vt-dır.

Digər bir misal, LCD TV – lərdə 115 W yazılır. Bu o deməkdir ki,  1 saat işləyən TV 115 C, 2 saat işləyən TV 230 C enerji xərcləyər. Bununla evdə gündə nə qədər enerji xərcləndiyi hesablanır.

Elektrik faturalarında xərclənən enerji coulla deyil, kilovatt – saatla ifadə edilir. Bu yuxarıda qeyd etdiyimiz güc düsturundakı enerji və güc arasındakı əlaqəyə görədir:

P = W / t
W = Pt

W – xərclənən və ya çevrilən enerji, P – elektrik cərəyanının gücüdür.

Deməli, kilovatt dediyimizdə elektrik gücündən danışırıq. kilovatt – saat dediymizdə güc və zamanın hasilini, yəni enerjini nəzərdə tuturuq.

Fərz edək ki, evimizdə gücü 1800 W ( 1800 Vt ) olan elektrik qızdırıcısı 1 ay ərzində fasiləsiz işləyir. Nəzərə alsaq ki, hazırda respublikamızda 1kVt-saat (1kilovatt-saat) elektrik enerjisi 7 qəpikdir (0,07 man ). Onda gücü 1800 W olan elektrik qızıdırıcısının bir ay əzrzində fasiləsiz işlətdiyi enerji üçün

W = Pt = 1800 x 24 saat x 30 gün = 1296000 Vt-saat = 1296 kVt-saat

0,07 man x 1296 = 90 man 72 qəp

ödənməlidir.

Eləcə də bir dövrədəki lampanın parlaqlığı onun elektrik cərəyanının gücü ilə əlaqədardır. Lampanın gücü nə qədər çoxdursa, o qədər çox elektrik enerjisi işıq enerjisinə çevrilir.

Dövrədəki lampaları müqayisə etmək üçün onların gücünü müqayisə etməliyik. Lampanın gücü çoxdursa, parlaqlığı da çoxdur.

Elektrik gücü çox olan lampa daha parlaqdır. Elektrik cərəyanının gücü haqqında hər şey
Elektrik gücü çox olan lampa daha parlaqdır

Yəni 60 W – lıq bir elektrik lampası 100W – lıq bir elektrik lampasından daha az işıq verir. Dolayısıyla daha az enerji xərcləyir və daha az işıq pulu yazır 🙂

Aşağıdakı faylda dərsə aid suallar və cavabları var. Suallara cavab verməklə dərsi nə dərəcədə anladığınızı test edə bilərsiniz.

TEZLİKLƏ YÜKLƏNƏCƏK!

Sıfırdan elektronika dərsləri

Növbəti dərs: Əsas anlayışlar

Coul-Lens qanunumövzusunu yararlı hesab edirsinizsə, sosial şəbəkələrdə paylaşmağı unutmayın.

Ülviyya Atakishiyeva
0 0 səs verin
Qiymətləndir
Subscribe
Notify of
guest
0 Şərh
Inline Feedbacks
Bütün şərhləri göstər
error: Məzmun qorunur !!
0
Şərhiniz önəmlidir!x
()
x