Ana səhifə » Elektronika dərsləri » Əsas elektronika elementləri

Əsas elektronika elementləri

əsas elektronika elementleri

Elektronikaya və elektron dövrələr qurmağa yeni başlamısınız? Onda ən vacib işiniz əsas elektronika elementləri və avadanlıqları ilə tanış olmaqdır.

Çünki əsas elektronik elementlərin məqsədini, işləmə prinsipini bilmədən istədiyiniz dövrəni qura bilməyəcəksiniz.

Bu bölməni oxumadan əvvəl araşdırmaq istəyəcəyiniz bölmə: Əsas Anlayışlar

Bu dərsdə geniş istifadə olunan elektronik elementlərə qısa baxış əldə edəcəksiniz. Onlar haqqında daha geniş məlumatı almaq üçün buraya baxa bilərsiniz.

`Elektrik dövrələri` dərsində bir çox əsas elementlə tanış oldunuz. İndi yerdə qalan digər əsas elementlərini öyrənək.

Əsas elektronik elementləri təsnif etmək üçün bir çox yol var. Ancaq biz bu elementlərə iki kateqoriyada baxacağıq.

  1. Passiv elektronik elementlər
  2. Aktiv elektronik elementlər

Passiv və aktiv elementlərin işləmə prinsipilə tanış olduğunuzda nə üçün bu kateqoriyaya aid edildiklərini anlayacaqsınız. Hələki bu dərsdə onlardan ümumi olaraq danışacağıq.

Passiv əsas elektronik elementlər

  • Rezistorlar
  • Kondensator
  • İnduktorlar

Passiv elektronik elementlər dövrədəki gərginliyi və cərəyanı artıra və ya azalda bilirlər. Bu elementlər enerjini istifadə edirlər.

Passiv elementlərin işləməsi enerji mənbəyindən asılı deyil.

Bütün elektronika elementlərinin əsasını rezistorlar təşkil edir. Rezistorlar dövrədə elektrik müqaviməti yaradan elektronik elementlərdir. Onlardan istifadə edərək dövrədən axan cərəyanı azalda bilərik. Elecə də dövrədəki gərginliyi bölə bilərik və s.

Rezistorlar (şəkil bu saytdan götürülüb)

Dövrələrdə və düsturlarda R hərfi ilə göstərilir. Rezistorun müqaviməti Omla ölçülür.

Rezistorlar funksiyalarına, ölçülərinə və xüsusiyyətlərinə görə fərqlənirlər. Buna görə sabit və dəyişən rezistorlar olmaqla iki kateqoriyaya bölünürlər.

Sabit rezistorlar adından göründüyü kimi sabit müqavimət göstərirlər. Bu rezistorlar xarici təsirlər səbəbiylə müqavimətlərini dəyişmirlər.

Dəyişən rezistorların isə əksinə, xarici təsirlərlə dəyişə bilən müqavimət göstərirlər.

Rezistorlar haqqında buradan oxu: Rezistorlar haqqında hər şey

İkinci vacib olan passiv komponentlərdən biri də kondensatorlardır. Kondensatorlar elektrik enerjisini elektrik sahəsi kimi depolayan iki uclu bir dövrə elementidir.

Onlar əsasən dielektrik materialla ayrılan iki keçirici maddədən ibarətdir.

Kondensatorlar (şəkil bu saytdan götürülüb)

Bu elementlərin sabit cərəyanı bloklayıb alternativ cərəyanı ötürmə xüsusiyyəti var. Buna görə də bir çox elektronik dövrələrdə müxtəlif məqsədlər üçün istifadə olunur.

Dövrədə və düsturlarda C hərfi ilə göstərilir. Elektrik tutumunun vahidi Farad`dır (F).

Daha geniş buradan oxu: Kondensatorlar bölməsinə giriş

Elektrik enerjisini elektrik sahəsi kimi depolayan element kondensatorlardır, dedik. İnduktorlar isə enerjini maqnit sahəsi kimi depolayan elektronik elementlərdir.

İnduktorlar bobin şəklində sarılmış bir teldir. Sxemlərdə şəkildəki kimi göstərilir.

İnduktorlar (şəkil bu saytdan götürülüb)

İnduktivlik elektrik sxemlərdə və düsturlarda L hərfi ilə göstərilir. Vahidi Henridir (Hn).

İnduktorlar haqqında buradan oxu: İnduktor nədir?

Aktiv əsas elektronik elementlər

Aktiv elektronik elementlər dedikdə enerji mənbəyindən asılı olan dövrə elementləri başa düşülür. Bu elementlər işərisindəki elektron axınını idarə edə bilirlər. Bu elementlər enerji yaradırlar.

  • Diod
  • Tranzistor
  • İnteqral dövrələr
  • Enerji mənbələri

Diod elektrik cərəyanının ancaq bir istiqamətdə axmasına imkan verən yarımkeçirici maddədən hazırlanmış aktiv elementdir. İki elektroda malikdir: anod və katod.

Dövrələrdə aşağıdakı simvolla göstərilir:

Yarımkeçirici diod

Müxtəlif tip kateqoriyaya daxil diodlar mövcuddur. LED, işıq diodu, şottki diodu, fotodiod, zener diodu və s.

LED

Aktiv elektronik elementlərin digər növü tranzistorlardır. Tranzostorlar elektron dövrələrin gələcəyini dəyişdirən elementlərdir.

Bu elementlər elektrik cərəyanını yüksəltmək üçün istifadə olunan yarımkeçirici cihazlardır. Eyni zaman açar elementi kimi də istifadə olunurlar.

Tranzistorlar bipolyar (BJT) və unipolyar (FET) olmaqla iki qrupa ayrılır.

Daha çox məlumat üçün: Tranzistorlar

İnteqral sxemlər yarımkeçirici materialdan ibarət bir cihazda (və ya bir çipdə) bir neçə komponentin (əsasən tranzistorların) birləşdirilməsidir. Qısaca IC (İntegrated Circuit) olaraq da adlandırılır.

Demək olar ki, bütün elektronika cihazlarında inteqral sxemlər var. Məslən, televizorlar, mobil telefonlar, notebooklar, pleyerlər və s. Onlar üçün chip (çip) adı da tez – tez istifadə olunur.

İnteqral sxemlər

IC analoq və digital olaraq iki kateqoriyaya bölünürlər. 

Daha çox məlumat üçün: İnteqral dövrələr (IC)

Ancaq elektronik elementlər bununla bitmir. Mikrafonlar, sığorta və s. kimi bir çox elektronik elementlər var. Bunların hər biri barədə bu saytda geniş məlumat ala bilərsiniz.

MƏNBƏ: https://www.electronicshub.org/

`Əsas elektronika elementləri haqqında ümumi məlumat` mövzusunu yararlı hesab edirsinizsə, sosial şəbəkələrdə paylaşmağı unutmayın.

Ülviyya Atakishiyeva
0 0 səs verin
Qiymətləndir
Subscribe
Notify of
guest
0 Şərh
Inline Feedbacks
Bütün şərhləri göstər
error: Məzmun qorunur !!
0
Şərhiniz önəmlidir!x
()
x