Ana səhifə » Haqqımda
Ülviyya Atakishiyeva

Ülviyya Atakishiyeva 

HAQQIMDA

Adım Ülviyyədir. creativelectrons.com web səhifəsində yerləşdirilən bütün dərslərin, eləcə də blog yazılarının müəllifiyəm.

Azərbaycan dilində elektrik və elektronika mühəndisliyi haqqında məlumat resursunun azlığı bu sahədə yeni olanlara və hobbi kimi bu sahəylə məşğul olmaq istəyənlərə çətinlik yaradır. Buna görə də kiçik bir blog yaratma fikri ilə 2019 – cu ilin avqust ayında ilk yazılarımı creativelectrons.com saytından paylaşmağa başladım. Daha sonra “Sıfırdan Elektronika Dərsləri” adı altında sistemli şəkildə elektronika dərslərini paylaşmağı qərara aldım. 

“Sıfırdan Elektronika Dərsləri” ideyası Almaniyada bu sahədə praktika keçərkən ağlıma gəldi. Praktika etdiyim dönəmdə firmada təcrübə keçən orta məktəb şagirdlərinin elektronika sahəsinə olan marağının şahidi oldum. Öz ölkəmdə də bir gün eyni mənzərəni görmək və özünü inkişaf etdirən, açıq zehinli gənclərin təhsil və kariyeralarında onlara dəstək ola bilmək ümidilə “Sıfırdan Elektronika Dərsləri” ideyamı gerçəkləşdirdim.

HƏDƏFLƏRİM

Bu dərslərdə məqsədim elektronika sahəsinə yeni başlayan şagird və tələbələrə, eləcə də universiteti bitirdiyi halda ixtisası ilə bağlı çətinlik çəkən, bu sahədə yeni işə başlayan məzunlara rəhbər ola bilməkdir. 

Dərslər həm elektronikanın nəzəri əsaslarını, həm də işin praktik hissəsi üçün lazım olan bilik və bacarıqları əhatə edəcək. Dərsləri sistemli şəkildə izləsəniz evinizdə kiçik elektronika emalatxanası yaradıb, başlanğıc səviyyədə dövrələr quraraq maraqlı cihazlar ( əşyalar ) hazırlaya biləcəksiniz. Həm də işin nəzəri hissəsinə hakim olduğunuz üçün praktik hissədə yaranan problemləri aradan qaldırmağınız daha asan olacaq.

Dərslərə ödənişsiz olaraq hər bir şagird, tələbə və özünü universitet təhsili ilə tamamlaya bilmədiyini düşünən məzunlar qatıla bilər.

Səhifəyə abunə olaraq hər həftə yüklənən yeni dərslərdən, texnoloji yeniliklərdən, eləcə də maraqlı məlumatlardan xəbərdar ola bilərsiniz. Həmçinin kitab, film tövsiyələri, təhsil və karyera planlaması ilə bağlı tövsiyələr də kontentdə olacaq.

Haqqımda daha çox məlumat almaq üçün Linkedin profilimə baxa bilərsiniz, və ya mənimlə əlaqə üçün Əlaqə bölməsinə yaza bilərsiniz.

Sertifikatlar

error: Məzmun qorunur !!