Ana səhifə » Elektronika dərsləri » Keçirici və dielektrik

Keçirici və dielektrik

Keçirici və dielektrik material növləridir. Keçirici material enerjinin (yəni cərəyanın və ya istiliyin) içərisindən keçməsinə icazə verir. Dielektrik material isə enerjinin içərisindən keçməsinə icazə vermir.

Keçirici materialda elektronlar daha sürətli hərəkət edir. Dielektriklərdə isə elektronlar çox yavaş, ya da heç hərəkət etmir.

Elektronlar maddənin içində nə qədər rahat hərəkət edə bilirlərsə, maddə o qədər keçiricidir. Çünki elektrik keçiriciliyi elektronların hərəkəti ilə əlaqədardır.

Tövsiyə olunan dərslər:
‘Keçirici və dielektrik’ haqqında oxumadan əvvəl araşdırmaq istəyəcəyiniz bəzi mövzular:

Keçirici material haqqında

Elektriki keçirən maddələr keçiricilər adlanır. Keçirici materiala gərginlik tətbiq olunduqda elektrik yükləri bir yerdən digər yerə sərbəst hərəkət edə bilir. Bu materiallar elektrikləndikdə cismin səthində bütün istiqamətlərə paylana bilirlər. Çünki keçiricilər aşağı elektrik müqavimətinə malikdir.

Valent elektronu bir, iki, üç olan atomlar yaxşı keçiricidirlər.

Mis, alüminium, gümüş, qızıl, dəmir, duzlu su, sirkə və s. keçiricidilər.

Dielektrik material haqqında

Elektriki keçirməyən maddələrə dielektriklər deyilir. Dielektrik materialın atomları arasında kovalent rabitə çox güclüdür. Buna görə də material daxilində yüklər sərbəst hərəkət edə bilmir. Dielektriklərin elektrik müqaviməti çox yüksəkdir.

Dielektrik maddələr son orbitində 6 -8 valent elektronu olan maddələrdir.

Dielektrikləri sürtünmə və ya toxunma ilə elektrikləndirmək mümkündür. Ancaq yüklənən dielektriklərdə elektrik yükləri yarandığı yerdə də qalır.

Məsələn, daraqla saçınızı daradığınızda, daraq mənfi yüklə elektriklənir. Ancaq bu yüklər dielektrik material olan daraqda hərəkət edə bilmirlər. Ona görə də saçınızı daradığınızda sizi elektrik vurmur.

Plastik, sap, kağız, taxta, saf su, şəkərli su, şüşə kimi maddələr dielektrikdirlər.

Dielektrik maddələr elektrik sənayəsində izolyator kimi istifadə olunur.

Dielektriklər. İzolyatorlar

Keçirici maddələrin bir – birinə, digər keçiricilərə, başqa maddələrə və ya insana təmas etməməsi izolyatorların əsas işidir.

Aşağıdakı faylda dərsə aid suallar və cavabları var. Suallara cavab verməklə dərsi nə dərəcədə anladığınızı test edə bilərsiniz.

TEZLİKLƏ YÜKLƏNƏCƏK!

Sıfırdan elektronika dərsləri

Növbəti dərs: Əsas anlayışlar

“Keçirici və dielektrik” mövzusunu yararlı hesab edirsinizsə, sosial şəbəkələrdə paylaşmağı unutmayın.

Ülviyya Atakishiyeva
5 1 səs verin
Qiymətləndir
Subscribe
Notify of
guest
0 Şərh
Inline Feedbacks
Bütün şərhləri göstər
error: Məzmun qorunur !!
0
Şərhiniz önəmlidir!x
()
x