Ana səhifə » Ümumi » Komputerlərdə qızıl olduğunu bilirdiniz?

Komputerlərdə qızıl olduğunu bilirdiniz?

yaxşı keçirici qızıl

Nadir tapılan, bahalı element olan qızılı daha çox valyuta forması kimi, aksesuar və digər bəzək məqsədləri üçün istifadə edirik. Qızılı dəyərli edən digər xüsusiyyəti, onun yaxşı keçirici olmasıdır.

Komputerlərinizdə də qızıl olduğunu bilirdiniz? Ümid edirəm, bu yazıdan sonra komputerinizi hissələrə bölməyəcəksiniz 🙂

AU

Bildiyiniz kimi texnologiyada misdən geniş istifadə olunur. Çünki mis həm yaxşı keçiricidir, həm də ucuzdur. Mis məftillərdə istifadə olunan ən geniş yayılmış metaldır.

Mis kimi qızıl da elektriki yaxşı keçirdir. Qızıl, məlum olan ən çevik, elastik metaldır. Ancaq bahalıdır.

Inkişaf etmiş texnologiyanın hər hansı formasına sahibsinizsə, onun hissələrindən birində mütləq qızıl var. Az miqdarda da olsa qızıl elektron komponentlərinin istehsalında istifadə olunur.

Komputerlərdə qızıl var?

Dedik ki, mis ucuz, qızıl isə bahalı metaldır. Bəs nə üçün texnologiyada qızıldan da istifadə olunur? Hansı göstəricilərə görə mis qızıldan geri qalır?

  • Saf qızıl yumşaq olduğu üçün kiçik, incə sxemlərin istehsalında istifadəsi rahatdır.
  • Qızıl misdən fərqli olaraq ‘kimyəvi cəhətdən təsirsizdir’, yəni digər metallarla asanlıqla reaksiyaya girmir.
  • İstifadə etdiyimiz texnoloji cihazların hissələri daha möhkəm, uzun ömürlü olsun deyə qızıldan hazırlanır. Əgər qızıldan hazırlanan komponentlər misdən hazırlansa, uzunömürlülüyü və səmərəliliyi azalacaq. Nəticədə tez – tez dəyişdiriləcək. Bu isə bahalı və yüksək texniki xidmət tələb edir.

Bu gün qızılın ən çox sənaye istifadəsi elektronika sənayesidir.

Qızıldan hazırlanan komponentlər ən çox komputerlərdədir. Nisbətən mürəkkəb qurğularda, məsələn, mikrodalğalı sobalarda qızıldan hazırlanan komponent daha azdır.

Digər metallara nisbətən qızıl az tapıldığı və bahalı olduğu üçün təkrar emal olunur. İşləməyən elektronika cihazlarının hissələrində istifadə olunan qızıllar təkrar olaraq yeni cihazlarda istifadə olunur.

Əgər səhifəyə bu mövzu üzərindən gəlmisinizsə, elektronika dərslərinə göz ata bilərsiniz. `Sıfırdan Elektronika Dərsləri` başlığı altında elektronikanı öyrənməyiniz üçün bütün mövzular sistemli şəkildə işlənilib. Dərslərə sən də qoşul!

Komputerlərdə qızıl olduğunu bilirdiniz?” mövzusunu yararlı hesab edirsinizsə, sosial şəbəkələrdə paylaşmağı unutmayın.

Ülviyya Atakishiyeva
5 1 səs verin
Qiymətləndir
Subscribe
Notify of
guest
0 Şərh
Inline Feedbacks
Bütün şərhləri göstər
error: Məzmun qorunur !!
0
Şərhiniz önəmlidir!x
()
x