Ana səhifə » Elektronika dərsləri » Elektrik dövrələri

Elektrik dövrələri

Sıfırdan Elektronika Dersleri

Elektrik dövrəsi nədir? Açıq qapalı elektrik dövrəsi haqqında öyrənmək istəyirsinizsə, oxumağa davam edin.

Bu dərsdə bir elektrik dövrəsi qurmağın əsaslarından danışacağıq.

Tövsiyə olunan dərslər:
Elektrik dövrələri‘ haqqında oxumadan əvvəl araşdırmaq istəyəcəyiniz bəzi mövzular:

Bəsitcə desək, elektrik dövrəsi cərəyanının izlədiyi qapalı yola verilən addır. Dövrədə ən əsas olan şey dövrədən cərəyanın axa bilməsidir.

Elektrik dövrəsi müxtəlif komponentlərdən ibarət ola bilər. Ancaq elektrik dövrəsində cərəyanın axması üçün gərginlik mənbəyi (məsələn, bateriya), birləşdirici naqillər (kabel) və qəbuledicinin (məsələn ,lampa) olması şərtdir. Bu üç elementin var olduğu dövrə sadə elektrik dövrəsidir.

Sadə elektrik dövrə elementləri nələrdir?

Gərginlik mənbəyi: Bir dövrədə iki nöqtə arasında potensiallar fərqi yaradan dövrə elementidir. Bu dövrə elementi olmadan dövrədən cərəyan axa bilməz. Bu element bir elektrik dövrəsinə lazım olan enerjini verir. Gərginlik mənbəyinə güc qaynağı da deyilir.

TV pultuna taxılan batareya, avtomobilin akkumulyatoru, elektrik cihazlarının taxıldığı rozetka (yuva) və generatorlar gərginlik mənbələrinə misaldır.

Batareyalar

Batareyalar akumulyatorlar depoladıqları kimyəvi enerjini lazım olduqda elektrik enerjisinə çevirən mənbələrdir. Generatorlar isə istifadə etdikləri mexaniki enerjini maqnit sahəsi vasitəsiylə elektrik enerjisinə çevirən mənbələrdir.

Birləşdirici naqillər: Dövrədəki elementləri bir – birinə bağlayan keçirici materiallara birləşdirici naqillər deyilir. Birləşdirici naqillər mis, dəmir, alüminium kimi elektriki keçirən maddələrdən hazırlanır.

Bütün elektrik cihazlarının birləşdirici naqili var. Birləşdirici naqil sayəsində elektrik cihazına elektrik enerjisi verilir. Birləşdirici naqillər evlərimizdə divarların içində olur. Bu kabellərin köməyilə elektrik yuvasına elektrik daşınır.

Qəbuledici: Elektrik enerjisini başqa enerjilərə çevirən alət və cihazlara qəbuledici deyilir. Lampa, ütü, tozsoran, radio, soyuducu və s. qəbulediciyə misaldır.

Qəbuledici – lampa

Dövrədəki elektrik enerjisini istilik və işıq enerjisinə çevirən dövrə elementi lampadı. Lampa bir qəbuledicidi.

Elektrik açarı: Açar işlədicini istənilən vaxt dövrəyə daxil edən və ya dövrədən ayıran qurğudur. Açar açıldığında elektrik axınını kəsər. Qapandığında isə elektrik axınının keçməsini təmin edər.

Elektrik açarı

Evlərimizdəki işığı yandırıb söndürmək üçün istifadə etdiyimiz açar misal göstərilə bilər.

İndi haqqında danışdığımız bu elementlərdən ibarət bir sadə elektrik dövrəsi yığaq.

Sadə elektrik dövrəsi

Bu dövrədə batareya gərginlik mənbəyi, lampa qəbuledicidir. Elektronlar batareyanın mənfi qütbündən müsbət qütbünə doğru hərəkət edirlər. Lampadan keçərkən də lampanı yandırırlar.

Elektrik açarı açıq olsaydı, dövrə tamamlana bilmədiyi üçün lampa yanmayacaqdı. Lampanın yanması üçün açar qapalı vəziyyətdə olmalıdır.

Xəbərdarlıq: Elektrik dövrəsi yalnız açarın açıq vəziyyətində yığılmalıdır!

Elektrik dövrəsindəki elementlərin şəklini çəkmək üçün rəssamlığımıza gərək yoxdur. Bunun üçün dövrədəki elementlər müəyyən şərti işarə ilə göstərilir.

Aşağıda bəhs etdiyim elementlərin şərti işarəsi göstərilib:

Sadə dövrə elementləri. Şəkil ilk-okul.com saytından götürülüb.

Eyni dövrəni bu dəfə şərti işarələrlə göstərək:

Sadə dövrə

Haqqında danışmadığımız digər elementlərlə `Elektronika komponentləri` başlığında tanış ola bilərsiniz.

Açıq və qapalı dövrə nədir?

Elektrik dövrəsində açar açıq olduqda, dedik ki, dövrədən cərəyan axmır. Nəticədə cərəyan qəbuledicidən də keçmir. Dolayısıyla qəbuledici işləmir. Cərəyanın axa bilmədiyi bu dövrələrə açıq dövrələr deyilir.

Aşağıdakı dövrə açıq dövrədir. Elektrik açarı açıqdır. Ona görə də bu halda lampa yanmır.

Açıq dövrə

Elektrik dövrəsində açar qapalı vəziyyətdədirsə, dövrədən cərəyan keçir. Nəticədə qəbuledici işləyir. Cərəyanın axa bildiyi bu cür dövrələrə qapalı dövrə deyilir.

Açarın qapalı və qəbuledicinin sağlam olduğu müddətdə mənbəyimiz cərəyan yarada bilirsə, qəbuledicimiz işləyəcək. Ancaq açar qapalı olduğu halda qəbuledici sağlam olub işləmirsə, onda dövrədə problem var. Ya gərginlik mənbəyində, ya da qəbuledicinin bağlantısında bir xəta və ya qopma var deməkdir. Bu nasazlıqlar aradan götürülmədən açar qapalı olsa da dövrə açıq hesab olunur.

Aşağıdakı dövrə qapalı dövrədir. Ona görə də bu halda lampa yanır.

Qapalı dövrə

Aşağıdakı faylda dərsə aid suallar və cavabları var. Suallara cavab verməklə dərsi nə dərəcədə anladığınızı test edə bilərsiniz.

TEZLİKLƏ YÜKLƏNƏCƏK!

Sıfırdan elektronika dərsləri

Növbəti dərs: Əsas anlayışlar

Elektrik dövrələrimövzusunu yararlı hesab edirsinizsə, sosial şəbəkələrdə paylaşmağı unutmayın.

Ülviyya Atakishiyeva
5 1 səs verin
Qiymətləndir
Subscribe
Notify of
guest
0 Şərh
Inline Feedbacks
Bütün şərhləri göstər
error: Məzmun qorunur !!
0
Şərhiniz önəmlidir!x
()
x