Ana səhifə » Elektronika dərsləri » Qısa qapanma nədir?

Qısa qapanma nədir?

Qısa qapanma nədir? Nə üçün baş verir? Qısa qapanmanı önləmək üçün hansı tədbirlər görülməlidir? Bu tədbirlər işə yarayır mı?

Qısa qapanma cərəyanın qısa yoldan dövrəni tamamlamasıdır. Qısa qapanmaya qısa dövrə də deyilir.

Tövsiyə olunan dərslər:
Elektrik dövrələri‘ haqqında oxumadan əvvəl araşdırmaq istəyəcəyiniz bəzi mövzular:

Hər hansı bir səbəbdən keçiricilər (naqillər) qəbuledicidən əvvəl kəsişirsə və ya birləşirsə, yaranan dövrə qısa dövrə adlanır. Cərəyan həmişə axa biləcəyi ən rahat, qısa yolu seçməyə çalışır.

Cərəyanın axınını bir suyun axınına bənzədək. Bir boru düşünün. Su yüksək təzyiqlə borudan axır. Borunun kənarından bir qapaq var. İndi bu qapaqdan bir deşik açaq. Su borunun ucuna çatmamış o deşikdən axmağa başlayacaq. Yəni ən qısa yolu tərcih edəcək. Hətta su təzyiqlə axdığı üçün qapağı da parçalayaraq sistemi alt-üst edəcək. Elektrik axını da eyni məntiqlə işləyir.

Cərəyan həmişə müqaviməti az olan yolu seçir. Ən qısa yoldan dövrəni tamamlamağa çalışır. Dövrədəki qəbuledicilər və ya digər elementlər cərəyanın axınına qarşı müqavimət göstərirlər. Onun rahat axınına mane olurlar. Ona görə də cərəyan özünə az müqavimətli bir yol tapdığında ordan axmağa başlayır.

Aşağıdakı şəkil qısa qapanmanın olduğu dövrəni göstərir. Bu deməkdir ki, cərəyan qəbulediciyə və ya bizim misalımızda lampaya çatmamış dövrəni tamamlayır.

Qısa qapanma (şəkil bu saytdan götürülüb)

Cərəyanın normal yolundan çıxaraq çox aşağı müqavimətli yoldan dövrəni tamamlamağına qısa qapanma deyilir.

Daha başqa bir misalla qısa qapanmanı izah edək. Keçən dərslərin birində Om qanunu haqqında danışmışdıq. Om qanununa görə

U = IR

Burada U – gərginlik, I – cərəyan şiddəti, R – isə müqavimətdir.

Deyək ki, dövrəmizdə 220V sabit gərginlik mənbəyimiz var. Bunun qarşısında da 22Om bir rezistorumuz var. Onda Om qanununa görə dövrədən 10A cərəyan axacaq.

I = U / R = 220V / 22Om = 10A

Indi təsəvvür edin ki, dövrəyə müəyyən xəta üzündən daha bir naqil daxil olur.Bu naqilin müqaviməti azdır. Onda cərəyan bu naqildən keçərək dövrəni tamamlamağa çalışacaq. Nəticədə cərəyan şiddəti artacaq.

Məsələn, müqavimət birdən birə 0,22Oma düşsün. Onda cərəyan 1000A – ə qədər artacaq.

Dövrəyə və cihazlara zərər verən cərəyan şiddətidir. Gərginlik deyil. Cərəyanın ani yüksəlməsi dövrədəki demək olar ki, hər şeyin yanması deməkdir.

Qısa qapanma nə üçün baş verir?

Qısa qapanma nədir? sualına cavab verdik. Bəs qısa dövrə nə üçün baş verir?

Qısa qapanma bir çox xətadan yarana bilər:

  • İki naqil bir – birinə təmas edər və cərəyan yüksələr. Nəticədə naqillər qızar və yanar.
  • Sistem torpaqla təmas etdiyində cərəyan yüksələr. Nəticədə qısa qapanma baş verər.
  • Kabellərin izolyasiyası pozulubsa, qısa qapanma baş verə bilər.
  • Elektrik dövrəsindəki rezistorlar çıxarıldıqda, cərəyan yüksələr və qısa qapanma baş verər.

Qısa qapanmanı önləmək üçün hansı tədbirlər görülməlidir?

Qısa qapanma nəzarət edilməzsə, şiddətli yanğına səbəb ola bilər. Kablolar və dövrə elemetləri yanar. Qısa qapanmanın qarşısını almaq üçün bir çox dövrə elementlərindən istifadə olunur. Bu elementlər qısa qapanma baş verdiyində qısa zamanda reaksiya göstərirlər. Qısa dövrəni açıq dövrə halına gətirirlər. Bunlardan bəziləri:

  • Avtomatik qoruyucular
  • Termik maqnit açarları
  • Sığortadır.

`Qısa qapanma` mövzusunu yararlı hesab edirsinizsə sosial şəbəkələrdə paylaşmağı unutmayın.

Ülviyya Atakishiyeva
5 1 səs verin
Qiymətləndir
Subscribe
Notify of
guest
0 Şərh
Inline Feedbacks
Bütün şərhləri göstər
error: Məzmun qorunur !!
0
Şərhiniz önəmlidir!x
()
x