Ana səhifə » Elektronika dərsləri » Rezistor rəng kodları. SMD Rezistor Kodu

Rezistor rəng kodları. SMD Rezistor Kodu

Rezistorlar

Bütün elektronika sxemlərinin əsasını rezistorlar təşkil edir. Bu dərsdə rezistor rəng kodlarından danışacağıq. Eləcə də SMD Rezistor kodunun hesablanması haqqında geniş məlumat əldə edəcəksiniz. Oxumağa davam edin 🙂

Rezistorlar dövrədə elektrik müqaviməti yaradan elektronik elementlərdir. Onlardan istifadə edərək dövrədən axan cərəyanı azalda bilərik. Elecə də dövrədəki gərginliyi bölə bilərik və s.

Rezistorlar mövzusunu oxumazdan əvvəl elektrik müqaviməti yazısını oxumağınızı məsləhət görərdim.

Rezistorlar 1Om, 10Om, 1000Om … elektrik müqavimətinə malik olan elementlərdir.

Elektrik sxemlərində aşağıdakı kimi göstərilir:

Rezistorun rəng kodlari
Rezistorlar

Rezistorun müqaviməti Omla ölçülür. Om ölçüsü çox vaxt yunan hərfi omeqa ( ) ilə işarə olunur. Ancaq bir Omdan daha böyük və kiçik müqavimətlər də var. Sıfırların sayında səhvlik yaranmasın deyə, bu müqavimətlər yunan hərfi omega yerinə R, k, M prefiksləri ilə göstərilir.

Məsələn, on Om bir rezistor üçün 10R, on min Om rezistor üçün 10k, on meqa Om üçün 10M yazılır.

Rezistorun müqaviməti düsturlarda R hərfi ilə qeyd olunur.

Rezistorlar dövrədən axan cərəyanı müəyyən bir qiymətdə saxlayırlar. Bundan əlavə həssas dövrə elementlərinin üzərindən yüksək cərəyanın axamasının qarşısını alırlar. Eləcə də gərginliyi, cərəyanı bölmək üçün də istifadə olunurlar.

Rezistorların dəyərini hesablamaq üçün Om qanundan istifadə olunur.

Om qanununu bilməklə dövrədə tələb olunan rezistorun hansı ölçüdə olmasını hesablaya bilərsiniz.

Cereyan,muqavimet,gerginlik
Om qanununun riyazi ifadəsi

Məsələn,

2V / 20mA ( 0,02 A) göstəricisi olan bir LED 5V – luq dövrədə yanmalıdır. Bu halda müqavimət dəyəri nə qədər olan rezistordan istifadə etməliyik? Bunu Om qanunu ilə hesablaya bilərik.

R = U / I = ( 5 – 2 ) / 0,02 = 150 Om

Deməli, 2V / 20mA göstəricisi olan bir LED üçün 150 Om`luq rezistordan istifadə olunmalıdır.

Eləcə də rezistorların dəyərləri rəng kodları ilə göstərilir.

Rezistor rəng kodu necə işləyir?

Rezistordakı rəng kodları bir rezistorun müqavimətini, tolerantlığını və ya temperatur əmsalını təyin edir.

Rəng kodları bir neçə bant tərəfindən verilir. Bantların sayı üç ilə altı arasında dəyişir.

Ümumilikdə 12 fərqli rəng var. Rənglər qara, qəhvəyi, qırmızı, narıncı, sarı, yaşıl, mavi, bənövşəyi, boz, ağ, qızıl və gümüşdü.

Rezistorların rəng kodlarını hesablamaq üçün aşağıdakı cədvəldən istifadə olunur:

Rezistor rəng kodları (şəkil bu saytdan götürülüb)

Rezistordakı hər bir lentin mənası var. İlk rəng qara, qızıl və gümüş ola bilməz. Çünki cədvəldən göründüyü kimi qara rəngin say dəyəri 0-dır. Qızıl və gümüşün isə say dəyəri yoxdur, ancaq tolerant dəyəri var.

Rezistorun tolerantlığı nədir?

Rezistorun tolerantlığı müqavimət dəyərində istehsaldan yaranan səhv həddinə deyilir.

Rezistorların rəng kodlari 10  göstərirsə, bu onların 100% o dəyərdə olduğunu göstərmir. Məsələn, əgər bu rezistorun tolerantlığı 5%-dirsə, o deməkdir ki, rezistorun dəyəri rəng kodundan 5% az və ya çoxdur

Deyəki ki, rezistorun müqavimətini 100Om 5% tolerantlıqla oxuyuruq. Onda

100-ün 5%-ini tapırıq: 100 * 5 / 100 = 5
5% çox – (100 + 5) = 105Om
5% az – (100 – 5) = 95Om

Bu o deməkdir ki, rezistorun müqavimətini ölçdüyümüzdə onun dəyəri 95 – 105Om arasında ola bilər. Əgər multimetr 100Ω dəyərində olan rezistorunuzu 95Ω  göstərsə, narahatçılığa gərək yoxdur. Bu rezistorlar yenə də yaxşı işləyəcək.

Rezistorun rəng bantlarının mənası

Rezistordakı hər bir bandın mənası var. Rənglərin oxunuşu soldan sağadır. Aşağıda hər bir rezistorlar üçün bantların mənası təsvir olunub:

3 bantlı rezistor

  • İlk lent müqavimət dəyərinin ilk qiymətini göstərir
  • İkinci lent müqavimət rəqəminin ikinci qiymətini göstərir
  • Üçüncü lent müqavimət dəyərinin vurma amilini təmsil edir

4 bantlı rezistor

  • İlk lent müqavimət dəyərinin ilk qiymətini göstərir
  • İkinci lent müqavimət rəqəminin ikinci qiymətini göstərir
  • Üçüncü lent müqavimət dəyərinin vurma amilini təmsil edir
  • Dördüncü lent müqavimət dəyərinin tolenrantlığını ifadə edir

5 bantlı rezistor

  • İlk lent müqavimət dəyərinin ilk qiymətini göstərir
  • İkinci lent müqavimət dəyərinin ikinci qiymətini göstərir
  • Üçüncü lent müqavimət dəyərinin üçüncü qiymətini göstərir
  • Dördüncü lent vurma amilini təmsil edirvurma amilini təmsil edir
  • Beşinci lent müqavimət dəyərinin tolenrantlığını ifadə edir

6 bantlı rezistor

  • İlk lent müqavimət dəyərinin ilk qiymətini göstərir
  • İkinci lent müqavimət dəyərinin ikinci qiymətini göstərir
  • Üçüncü lent müqavimət dəyərinin üçüncü qiymətini göstərir
  • Dördüncü lent vurma amilini təmsil edir
  • Beşinci lent müqavimət dəyərinin tolenrantlığını ifadə edir
  • Altıncı lent müqavimət dəyərinin temperatur əmsalını təmsil edir
Rezistorlar haqqinda ümumi melumat
Rezistorun rəng kodları
4-5-6 bantlı rezistorların rəng kodunun hesablanması

Rezistor rəng kodunun hesablanmasına aid nümunələr

Praktikada daha çox dörd bantlı rezistorlardan istifadə olunur. Bu rezistorların rəng kodunun hesablanmasının rahat yolu var. Bunun üçün aşağıdakı düsturdan istifadə edə bilərsiniz:

Müqavimət = AB x 10C  TOL%( )

Nümunə üçün cədvəldən istifadə edərək aşağıdakı rezistorun dəyərini hesablayaq.

Dörd lentli rezistor
Müqavimət = 12 x 103 Om = 12kOm  5%

Digər bir misal:

Rezistorun rəng kodunun hesablanmasına aid nümunə

Əgər bu hesablamalarla məşğul olmaq istəmirsinizsə, onda bu linkə daxil olun. İngiliscə rezistordakı rənglərin adlarını yazın. Rezistorun hansı dəyərdə olduğunu, tolerantlığını sizin üçün hesablayacaq.

SMD rezistor kodunun hesablaması

SMD Rezistorları kiçik ölçüdə və aşağı müqavimətli rezistorlardır. Bu rezistorların müqavimət dəyəri rəqəmlərdən (və ya rəqəm və hərflərdən) ibarət bir kodlama ilə üzərlərinə yazılır.

Bu rezistorların üzərindəki kodu oxumaq karbon rezistorlara görə daha rahatdı.

SMD Rezistorlarını işarələmək üçün istifadə olunan üç növ kodlama sistemi mövcuddur:

  • Üç rəqəmli kodlaşdırma
  • Dörd rəqəmli kodlaşdırma
  • E96 kodlaşdırma

Üç kodlu SMD Rezistorlar

Rezistorun üzərində sadəcə 3 rəqəm varsa, 1. və 2. rəqəm müqavimətin əhəmiyyətli dəyərini, 3. rəqəm isə vurma amilini təmsil edir.

Kodlamanı yazrkən 1. və 2. rəqəm eynən olduğu kimi yazılır. Daha sonra onların yanına vurmanı göstərən  3. rəqəmdəki say qədər sıfır yazılır. Onu da qeyd edim ki, bu rezistorların tolerant dəyəri 5% – dir.

Üç kodlu SMD Rezistoru aşağıdakı şəkildə göstərilmişdir:

Üç kodlu SMD Rezistoru

Daha aydın olması üçün bir neçə nümunəyə baxaq:

450 = 45 * 100 = 45 * 1 = 45 Ω
221 = 22 * 101 = 22 * 10 = 220 Ω
105 = 10 * 105 = 10 * 100000 = 1000000Ω =1 MΩ

Dörd kodlu SMD Rezistorlar

Daha həssas rezistorlar üçün dörd rəqəmdən ibarət koddan istifadə olunur. Hesablama üç rəqəmli koda bənzəyir. İlk üç rəqəm müqavimətin əhəmiyyətli dəyərini, dördüncü rəqəm isə vurma amilini göstərir.

Kodlamanı yazarkən birinci, ikinci və üçüncü rəqəm olduğu kimi yazılır. Bu rəqəmlərin yanına vurmanı göstərən 4. rəqəmdəki say qədər sıfır yazılır. Bu dörd kodlu SMD rezistorlarının tolerant dəyəri 1% – dir.

Dörd kodlu SMD Rezistoru aşağıdakı şəkildə göstərilmişdir:

Dörd kodlu SMD Rezistorları

Daha aydın olması üçün bir neçə nümunəyə baxaq:

4700 = 470 * 100 = 470 * 1 = 470 Ω
1001 = 100 * 101 = 100 * 10 = 1000Ω = 1 KΩ
7992 = 799 * 102 = 799 *  100 = 79900Ω = 79.9 KΩ

Üzərində R hərfi və rəqəmlər olan SMD Rezistorlar

R hərfi 100 Ω’dan az müqavimətlər üçün onluq nöqtənin mövqeyini göstərir. Yəni rəqəmlərin arasında olan R hərfi vergül yerinə istifadə olunur.

Üzərində R hərfi və rəqəm olan SMD Rezistor aşağıdakı şəkildə göstərilmişdir:

Üzərində R hərfi və rəqəm olan SMD Rezistoru

Daha aydın olması üçün bir neçə nümunəyə baxaq:

10R0 = 15,0Ω = 15Ω
3R3 = 3,3Ω
R001 = ,001 = 0,001Ω
R150 = ,150 = 0,150 Ω

E96 kodlu SMD Rezistorlar

Electronic Industries Association (EIA) rezistorlar üçün standart beynəlxalq bir sistem təyin edib. Bu E seriyası adlanır. Kodlaşdırma tolerantlıq dəyərlərinə əsaslanır. Buna əsasən fərqli E seriyaları mövcuddur.

EIA E seriyası rezistorların tolerantlıq dəyəri

E3 kodlaşdırma artıq istifadə edilmir. E6 kodlaşdırma çox nadir hallarda istifadə olunur.

E96 kodlaşdırma sistemi, 1% tolerantlı yüksək dəqiqlikli rezistorlar üçün istifadə olunur.

EIA E96 markalama sistemində ayrıca bir kodlaşdırma sistemi mövcuddur. Bu rezistorların üzərində iki rəqəm və RY, SXABCDE  hərfləri olur.

Bu sistem işarələmə üçün üç rəqəmdən istifadə edir. İlk ikisi müqavimət dəyərinin üç əhəmiyyətli rəqəmini göstərir. Üçüncü rəqəm, vurmanı göstərmək üçün istifadə olunan bir hərfdir.


EIA E96 kodlu SMD Rezistorlarından biriaşağıdakı şəkildə göstərilmişdir:

EIA E96 kodlu SMD Rezistorları

Bu rezistorların dəyərini hesablamaq üçün aşağıdakı cədvəldən istifadə olunur:

E96 kodlu SMD rezistorların hesablanması üçün cədvəl

Daha aydın olması üçün bir neçə nümunəyə baxaq:

92Z = 887 × 0.001 = 0.887 Ω
38C = 243 × 100 = 24.3 KΩ

`Rezistor rəng kodları. SMD Rezistor kodu` mövzusunu yararlı hesab edirsinizsə sosial şəbəkələrdə paylaşmağı unutmayın.

Ülviyya Atakishiyeva
0 0 səs verin
Qiymətləndir
Subscribe
Notify of
guest
0 Şərh
Inline Feedbacks
Bütün şərhləri göstər
error: Məzmun qorunur !!
0
Şərhiniz önəmlidir!x
()
x