Ana səhifə » Elektronika dərsləri » Statik elektrik. Kulon qanunu

Statik elektrik. Kulon qanunu

Əlbətdəki elektriki görə, toxuna, iyləyə və ya eşidə bilmirik. Ancaq onun təsirini ildırım qığılcımında, qapı çəftəsi ilə bizim aramızdakı qığılcımda, fənər, kalkulyator, televizor, telefon və digər cihazlarda görürük.

“Statik elektrik. Kulon qanunu” dərsinə daxildir:

Elektrikin iki növü var:

  1. Statik elektrik
  2. Dinamik elektrik

Statik elektrik

  • hər dəfə xalça üzərində gəzdiyimizdə,
  • paltarımızı çıxartdığımızda,
  • saçlarımızı plastik daraqla daradığımızda,
  • avtomobildən enib qapısını bağladığımızda və s.

yaranır. Yəni iki cismin təmas etdiyi və sürtünmənin baş verdiyi hər an statik elektrik yarana bilir. Çünki bu zaman maddələrdəki atomlar bir–birilə elektron alış-verişində olurlar.

E.ə. 600 – cü ildə yunan filozofu Thales kəhrəbanı yuna sürtərkən statik elektrikin yaranmasını təcrübə edir.  O,kəhrəbanı ipək, yun parçaya sürtərkən kiçik qığılcımlar çıxdığını görür. Kəhraba sürtüldükdən sonra saçın uclarını, saman çöpünü, kağız parçasını cəzb edir. Thales bunun yalnız kəhrəba ilə bağlı olduğunu düşünmüş və elektron adını istifadə etmişdir.

Elektrik yükünün cəzb və itələmə xassələri

Elektrik yükünün cəzb və itələmə xassəsi onun əsas xassəsidir.

Bütün maddələr müsbət və ya mənfi yüklə yüklüdür. Cisimlərdə bərabər olan müsbət və mənfi yüklər sürtünmə ilə qeyri bərabər paylanır. Bu da maddələrin elektriklənməsinə səbəb olur.

İki cismi bir – birinə sürtükdə onlar müxtəlif növ elektrik yükü ilə ( şərti olaraq müsbət və ya mənfi ) elektriklənir.

Quru bir gündə plastik darağı saçınıza sürtdüyünüzdə elektronlar saçınızdan darağa transfer olacaq. Daraq mənfi yüklənəcək və mənfi yüklənmiş daraq müsbət yüklü olan hər şeyi `maqnitlərin metalları özünə çəkdiyi kimi` çəkəcək.

Şüşə çubuğu ipək parçaya sürtüyünüzdə də ipək parçadan elektronlar şüşə çubuğa keçəcək və o, kəhrəba kimi kağız parçalarını cəzb edəcək.

Göstərdiyimiz bu nümunələrdə plastik daraq mənfi, şüşə çubuq isə müsbət yüklənmişdir. Ona görə də saçımıza sürtdüyümüz daraq müsbət yüklü olan hər şeyi, şüşə çubuq isə mənfi yüklü olan cisimləri özünə çəkəcək.

Çünki müxtəlif elektrik yükləri bir – birini cəzb edir, eyni yüklər  bir – birini itələyir.

Bütün bu yazdıqlarımızdan aşağıdakı nəticəyə gəlirik:

Statik elektrik təbiətdə bir – birindən fərqli və ya eyni dielektrik ( elektriki keçirməyən ) iki maddənin bir – birinə təmas etməsi və sonra ayrılması ilə yaranır.

İnsan bədənində yüklənmə

Statik elektrikin gərginliyi çox olsa da cərəyan şiddəti azdır. Ona görə də statik elektrik insan həyatı üçün təhlükəli deyil. Ancaq sağlamlıq üçün təhlükəli ola bilər.

Nəmli yerlərdə statik elektrik şarjı daha az, quru mühitlərdə isə daha çoxdur. Buna görə də quru mühitdə olduğunuzda ağlınıza gəldikcə bədəninizdəki statik elektriki boşaltdın. Bu, sağlığınıza və sahib olduğunuz elektrik cihazlarınıza faydalıdır.

İnsan bədənində var olan elektrik daha çox əllərdə, üzdə və başda toplanır. Təmas və sürtünmə yoluyla bir cismə toxunduğunuzda bədəniniz ilə cisim arasında yük alış-verişi olur. Mənfi olaraq yüklənən bədənimiz ilə başqa cismə təmas etdiyimizdə ani bir şəkildə yük boşalması yaşanır.

Statik elektrik

Bədəninizdəki statik elektriki boşaltmaq üçün əl və ayağınızla torpağa toxuna və ya su ilə yuyuna bilərsiniz. Bu zaman əlavə elektronlar kənara atılaraq statik elektrik zərərsiz olaraq boşaldılır.

Dinamik elektrik

Dinamik elektrik adından göründüyü kimi hərəkətli elektrikdir.

Dinamik elektrikin iki növü var:

  1. D.C. – ingilizcə Direct Current sözlərinin qısaldılmışıdır. Yəni sabit cərəyan
  2. A.C. ­­– Alternatif Current sözlərinin qısaldılışıdır. Yəni dəyişən, alternativ cərəyan

Dinamik elektrik haqqında növbəti dərslərin birində geniş məlumat alacaqsınız.

İndi isə elektrik bölməsində məşhur Coulomb və ya Kulon qanundan danışaq.

3 2 səslər
Qiymətləndir
Subscribe
Notify of
guest
0 Şərh
Inline Feedbacks
Bütün şərhləri göstər
error: Məzmun qorunur !!
0
Şərhiniz önəmlidir!x
()
x