Statik elektrik. Kulon qanunu

Kulon (Coulomb) qanunu

„Atomlar. Atomların quruluşu“ dərsində dedik ki,

  • elektronların atomu tərk etməsi və ya başqa bir atoma birləşməsi atomu və ya maddəni yüklü atoma və ya maddəyə çevirir.
  • Başqa sözlə, bir maddənin atomunda nüvədəki protonların sayı nüvənin ətrafındakı elektronların sayından fərqlidirsə, elektrik yükü yaranır.

Elektrik yükü olan hər bir cisim ətrafında elektrik sahəsi və ya elektrostatik sahə olaraq adlandırılan sahə yaradır. Cismin üzərindəki yük nə qədər çoxdursa, ətrafında yaratdığı elektrik sahəsinin gücü də o qədər çoxdur.

Elektrik yükü olan iki cismi bir – birlərinə yaxın məsafəyə gətirsək, onların arasında elektrostatik qüvvə meydana çıxar.

Bu iki cisimdən birinin yükü fərqlidirsə, yəni biri müsbət yüklü, digəri mənfi yüklüdürsə, elektrostatik qüvvə cəzbedicidir. Yəni, iki cisim arasında cəzbetmə qüvvəsi mövcuddur.

Əgər iki cisimin ikisinin də yükü eynidirsə, yəni hər ikisi müsbət və ya hər ikisi mənfidirsə, elektrostatik qüvvə itələyicidir. Bu cisimlər bir – birini itələyəcək.

Elektrik yükləri arasındakı cəzbetmə və itələmə qüvvələri ilk dəfə fransız alimi Charles Coulomb ( Şarl Kulon ) tərəfindən müəyyən edilmişdir. Coulomb elektrik yükü ilə bağlı araşdırmalarını 1777 – ci ildə burulma tərəzisi ilə apardığı təcrübələr əsasında riyazi formula şəklinə gətirir.

Kulon qanunu aşağıdakı şəkildə ifadə olunur:

Vakuumda iki yüklü cisim arasında qarşılıqlı təsir qüvvəsi yüklərin modulları hasili ilə düz, aralarındakı məsafənin kvadratı ilə tərs mütənasibdir:

F = k (q1q2) / r2

F – yüklər arasındakı qüvvə ( bu qüvvə Kulon qüvvəsi də adlanır ),

q1, q2 – yüklərin miqdarı,

r – yüklər arasındakı məsafə,

k – mütənasiblik əmsalıdır. Qiyməti 9 x 109  Nm2 / Kl2 .

Onu da qeyd edim ki, yüklər arasındakı qarşılıqlı təsir qüvvələri həmin yükləri birləşdirən düz xətt boyunca yönəlir.

Kulon qanunu

Aşağıdakı faylda dərsə aid suallar və cavabları var. Suallara cavab verməklə dərsi nə dərəcədə anladığınızı test edə bilərsiniz.

SUALLAR YÜKLƏNƏCƏK!

Sıfırdan Elektronika Dərsləri

Növbəti Dərs: Əsas anlayışlar

3 2 səslər
Qiymətləndir
Subscribe
Notify of
guest
0 Şərh
Inline Feedbacks
Bütün şərhləri göstər
error: Məzmun qorunur !!
0
Şərhiniz önəmlidir!x
()
x