Ana səhifə » Bunları bilirdiniz mi? » Su Keçiricidirmi?

Su Keçiricidirmi?

Su keçiricidir yoxsa dielektrik?

Su haqqında çoxumuzu maraqlandıran məlumatlardan biri də onun keçirici olub – olmadığıdır.

Bildiyimiz kimi su yaxşı həlledicidir. Çünki digər mayelərlə müqayisədə daha çox maddəni həll edə bilir. Bəs su keçiricidir yoxsa dielektrik?

İki cür su var: saf su və adi su. Distillə edilmiş su saf sudur. Krant suyu isə adi sudur.

Saf su ( distillə edilmiş su ) – minerallar və qarışıqlardan arınmış sudur. Suyu qaynadıb, sonra kondensasiya etməklə distillə edilmiş su əldə edilir. Saf su yaxşı dielektrikdir.

Adi su – bizim evlərdə istifadə etdiyimiz sudur. Evlərdə istifadə etdiyimiz adi suda kalsium, maqnezium, dəmir və natrium kimi müxtəlif növ minerallar var. Buna görə də adi su yaxşı keçiricidir.

Bəs nə üçün adi su yaxşı keçirici olduğu halda saf su dielektrikdir?

Na+

Na+

Ca2+

Mg2+

Ca2+

Na+

Adi su

Mg2+

Mg2+

Ca2+

Na+

Elektrik, elektrik yüklərinin hərəkəti ilə gerçəkləşir. Krant, dəniz və yağış suyunda duz ( Na+), kalsium ( Ca2+) və magnezium ( Mg2+) ionları var. Bu yüklü hissəciklərin hərəkəti ilə mayeden elektrik keçə bilir. Yəni suyun özü elektriki keçirtmir, elektriki keçirən sudakı ionlardır. 

Saf suda isə ion yoxdur, sadəcə neytral malekullar var. Ona görə də saf su elektriki keçirtmir, dielektrikdir.

Sıfırdan Elektronika Dərsləri

Sıfırdan Elektronika Dərsləri

Ödənişsiz Online Dərslər’ə sən də qoşul!

www.creativelectrons.com
3 2 səslər
Qiymətləndir
Subscribe
Notify of
guest
0 Şərh
Inline Feedbacks
Bütün şərhləri göstər
error: Məzmun qorunur !!
0
Şərhiniz önəmlidir!x
()
x