Ana səhifə » Elektronika dərsləri » Temperatur əmsalı

Temperatur əmsalı

Xüsusi elektrik müqavimətindəki dəyişikliklər elektrik və elektron dövrələrə təsir göstərir. Bütün materialların müqaviməti və xüsusi elektrik müqaviməti temperaturdan təsirlənir. Hətta bəzi materiallarda çox mühim dəyişiliyə səbəb olur. Buna görə də müqavimətin temperatur əmsalı bir çox tətbiqlər üçün vacib parametrdir.

Tövsiyə olunan dərslər:
Müqavimətin temperatur əmsalı‘ haqqında oxumadan əvvəl araşdırmaq istəyəcəyiniz bəzi mövzular:

Materialın müqavimətinin temperaturdan asılı olmasının səbəbi var:

Materialdakı yük daşyıcılar və atomlar bir – biri ilə toqquşur. Temperaturun artması ilə bu toqquşmaların sayı artır. Nəticədə materialın müqaviməti də artmış olur.

Ancaq bu həmişə bu cür deyil. Bəzi materiallarda temperaturun artması ilə xüsusi müqavimətin temperaturdan asılılıq əmsalı azalır. Yəni bu materialların mənfi temperatur əmsalı var. Bu effekt daha çox yarımkeçirici mateallarda görülür.

Müqavimətin temperaturdan asılılığı xəttidir. Ancaq bu otaq temperaturunda metallar və bir çox digər materiallar üçün keçərlidir. Bununla belə bu materiallar üçün aşağı temperaturda vəziyyət fərqli ola bilir.

Müqavimətin temperaturdan asılılıq düsturu

Müqavimətin temperaturdan asılılığı ümumi olaraq aşağıdakı kimidir:

R=Rref (1+α(T−Tref))

R – T temperaturundakı müqavimət,

Rref – Tref temperaturundakı müqavimət,

α – material üçün müqavimətin temperatur əmsalıdır,

T – materialın Selsi şkalasındakı temperaturudur,

Tref materialın temperatur əmsalının müəyyən olunduğu istinad və ya referens temperaturdur.

Otaq temperaturu üçün müqavimətin temperatur asılılığını aşağıdakı kimi yaza bilərik:

R=R20(1+α20(T−20))

Burada R20 – 200C -də materialın müqaviməti, α20 – 200C – də  müqavimətin temperatur əmsalıdır.

Hər maddənin müqavimətinin temperatur əmsalı fərqlidir.

Keçirici maddələrin temperaturla dəyişimi müəyyən bir əmsala görə müəyyən olunur. Əgər keçiricinin temperatur əmsalı istiliyin artması ilə artırsa bu keçirici müsbət əmsallı keçiricidir. Əksinə, istiliyin artması ilə azalırsa, mənfi əmsallı keçiricidir.

Su keçiricidir yoxsa dielektrik?

Bunları bilirsiniz mi: Su keçiricidir?

Aşağıdakı məsələni müqavimətin temperatur asılılığından istifadə edərək həll edək:

230C – də misin müqaviməti 150 Ω – dur. Eyni misin 350C – dəki müqaviməti neçə Om olar? ( Misin müqavimətinin temperatur əmsalı 0,00386 – dır )

R=Rref (1+α(T−Tref)) düsturunda bütün verilənləri yerinə qoyub misin 350C -dəki müqavimətii hesablaya bilərik.

R = 150 x (1 + 0,00386 x ( 35 – 23 ) = 156,984 Ω

Deməli, R = 156,984 Ω eyni misin 350C – dəki elektrik müqavimətidir.

Müqavimətin temperatur əmsalı cədvəli

Aşağıdakı cədvəldə bəzi metalların elektrik müqavimətinin temperatur əmsalı verilmişdir.

Maddə. TEmperatur əmsalı
°C
-1
Aluminium43 x 10-4
(18°C – 100°C)
Stibium40 x 10-4
Bismut42 x 10-4
Sarı mis~10 x 10-4
Kadmium40 x 10-4
Kobalt7 x 10-5
Mis40 x 10-4
Qızıl34 x 10-4
Krbon (qrafit)-5.6 x 10 -4
Germanium-4.8 x 10-2
Dəmir56 x 10-4
Qurğuşun39 x 10-4
Manqan~2 x 10-5
Molibden46 x 10-4
Nikrom1.7 x 10-4
Nikel59 x 10-4
Platin38 x 10-4
Silikon-7.5 x 1024
Gümüş40 x 10-4
Tantal33 x 10-4
Qalay45 x 10-4
Volfram45 x 10-4
Sink36 x 10-4
Fərqli maddələr üçün müqavimətin temperatur əmsalı

Aşağıdakı faylda dərsə aid suallar və cavabları var. Suallara cavab verməklə dərsi nə dərəcədə anladığınızı test edə bilərsiniz.

TEZLİKLƏ YÜKLƏNƏCƏK!

Sıfırdan elektronika dərsləri

Növbəti dərs: Əsas anlayışlar

Müqavimətin temperatur əmsalımövzusunu yararlı hesab edirsinizsə, sosial şəbəkələrdə paylaşmağı unutmayın.

Ülviyya Atakishiyeva
0 0 səs verin
Qiymətləndir
Subscribe
Notify of
guest
0 Şərh
Inline Feedbacks
Bütün şərhləri göstər
error: Məzmun qorunur !!
0
Şərhiniz önəmlidir!x
()
x