Ana səhifə » Ümumi » Məqalə » Texnologiya, qadın və gələcək

Texnologiya, qadın və gələcək

robot, qadin

Yaşadığımız əsr texnologiya əsridir və gələcəyimiz də texnologiya ilə sıx bağlı olacaq.

Yaxınlarda Elon Musk yeni projesi `Neuralink`i açıqladı – İNSAN BEYNİNƏ ÇİP TAXILACAQ! Uşaqlarımız və ya nəvələrimizin beyinlərinin süni zəka ilə əlaqə yarada biləcəyini düşünə bilirsiniz mi?

Bununla yanaşı gələcəkdə texnologiyada qadının rolu nə olacaq fikri düşündürür. Əgər gələcəyimiz texnologiyadırsa və qadınlar texnologiya sahələrində çox azdırlarsa, onda qadının gələcəkdəki rolu nə olacaq?

Nəinki Azərbaycanda, hətta dünyada texniki sahələrdə qadınların sayı çox azdır. 2018 – ci ilin statistikasına görə ABŞ – da texnologiya ilə əlaqəli sahələrdə cəmi 20%  qadın işləyir. Araşdırmalara görə qadınların 81% – i bu sahələrə maraq duyur, ancaq onların 13 % – i bu sahədə işləyir.

Əlbətdəki bunun səbəbi qadının bu sahəyə uyğun olmaması deyil. Əksinə, qadına yüklənən roldur. Uşaqlıqdan qadın ev işlərində daha çox təmizlik işlərini görür, kişilər isə uşaqlıqdan texniki işlərə yönləndirilir

Uşaqlıqdan qalan inancıma görə mən də bir çox işi `kişi işi` hesab edirdim. Elektronika sahəsində işlədikdən sonra evdə dreli əlimə alıb rahatlıqla divarı deşdiyimdə əslində qadınların `barbie rol modeli` ilə böyüdüyü üçün texniki sahələrdən qaçdığını anladım.

Digər səbəblərdən biri də qadının ailə həyatı qurduqdan sonra təmizlik işlərinə, uşağa tək baxmalı olduğuna inancıdır.

Bundan başqa maşın, kompüter, son model telefonlar və digər elektronika cihazları daha çox oğlan uşaqlarına alınır. Komputer oyunlarının belə oğlanlara aid olduğu düşüncəsi ilə böyüdülən qızlar var.

Bu kimi səbəblərdən dolayı bu gün texnologiyada qadının yeri heç də ürək açan deyil.

Bir məqalə oxudum: Məqalə yazarı və üç qız, türklər demiş, düşüncələrimə tərcüman oldular.

Deməli, Beatrice, Dora və Alexa adlı üç qız “IMAGILAB” adlı startup firma qurublar. Firmada işləyənlərin çoxu qadındır. “ImagiCharm” adlanan bir məhsulu qızlar üçün satışa çıxardıblar.

“ImagiCharm” nədir?

“İmagiCharm” qızların mobil telefonları ilə tənzimləyə biləcəyi rəngli bir aksesuardı. Bu aksesuar çantalara və ya cinslərə, açarlara taxılır. Hətta baş bandı, sırğa kimi istifadə olunur. 

Mobil telefonla aksesuarın rəngini dəyişib geyimə uyğun rəngi seçmək mümkündür. Aksesuarı hər hansı bir rəngdə işıqlandırmaq üçün proqramlaşdırıla bilən 64 LED işıq var. “İmagiCharm” bluetoothla telefonunuza bağlanır və siz yoldaykən belə aksesuarınızın rəngini dəyişə bilərsiniz.

İşin maraqlı tərəfi odur ki, bu aksesuarla Python adlı proqramlaşdırma dilini öyrənmək mümkündür.

Proqramlaşdırma dillərinin çətin olmadığını bu aksesuarla görəcəksiniz. Bu, Lego bloklarını bir yerə yığmağı öyrənmək kimi bir şeydir.

Qoyduğum linkdən aksesuar və firma haqqında oxuya və ya videolarını izləyə bilərsiniz.

Aksesuardan istifadə edənlər artıq kod yazmaqdan qorxmadıqlarını yazırlar. Aksesuarın qiyməti bir az baha olsa da ( 56€ ) həm Phythonu öyrənməyə, həm də qızlara dəstək verməyə dəyəcək miqdar olduğunu düşünürəm.

Məqaləmi “İmagiCharm” videosunda gördüyüm bir paylaşımla bitirmək istəyirəm:

İf tech = future

And woman = tech

Then woman = future

Əgər texnologiya = gələcəkdirsə

Və qadın = texnologiyadırsa

Onda qadın =gələcəkdir

Sıfırdan Elektronika Dərsləri

Sıfırdan Elektronika Dərsləri

Ödənişsiz Online Dərslər’ə sən də qoşul!

www.creativelectrons.com

"Texnologiya,qadın və gələcək" adlı məqaləni faydalı hesab edirsinizsə, sosial mediada paylaşmağı unutmayın!

Ülviyya Atakishiyeva
5 1 səs verin
Qiymətləndir
Subscribe
Notify of
guest
0 Şərh
Inline Feedbacks
Bütün şərhləri göstər
error: Məzmun qorunur !!
0
Şərhiniz önəmlidir!x
()
x